Juninyonun komandası finalda qalib gəldi
17.03.2025 , 16:00

Olavio Juninyonun formasını geyindiyi “Flamenqo” Rio De Janeyro kubokunun həlledici görüşündə “Fluminense” ilə qarşılaşıb.
Korner.az xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşsa da, Juninyonun komandası finalın ilk matçında 2:1 hesabı ilə qalib gəldiyi üçün çempion olub.
Bununla da “Flamenqo” tarixində 39-cu dəfə Rio De Janeyro kubokunu qazanıb.
Juninyo da bu görüşdə iştirak edib. O, matçın 85-ci dəqiqəsində meydana çıxıb.
