Juninyo “Sevilya”ya keçir?
03.01.2025 , 12:30
“Qarabağ”ın futbolçusu Juninyonun İspaniyanın “Sevilya” klubuna keçidi yekunlaşmaq üzrədir.
Korner.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı hücumçunu satmağa razı olub.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Sevilya”nın “Qarabağ”a bonuslarla birlikdə 4 milyon avro ödəyəcəyi bildirilir.
28 yaşlı forvard La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayacaq.