Juninyo rəsmən “Flamenqo”da!
15.01.2025 , 22:50

“Qarabağ”dan ayrılan Olavio Juninyonun “Flamenqo”ya keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçu Rio təmsilçisi ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Juninyo yeni komandasında 23 nömrəli formanı geyinəcək.
