Futbol

Julius Vobayın bu müsahibəsi “Xəzər Lənkəran”lı azarkeşləri əsəbiləşdirəcək! – MÜSAHİBƏ

08.05.2012 , 10:00

“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Julius Vobay “Neftçi”yə keçidindən danışıb.

– Son günlər sizin “Neftçi”yə keçidiniz haqda çoxlu söhbətlər dolaşır. Məsələ nə vaxt dəqiqləşəcək?
– Biz artıq müqavilə imzalamışıq. Artıq “Neftçi”nin futbolçusuyam. Çox şadam ki, karyeramı ölkə çempionu olmuş komandada davam etdirəcəyəm. Onlar mənimlə hələ ötən mövsümdən maraqlanırdılar. Amma keçid məhz indi həllini tapdı.

– Digər variantlar da var idi?
– Mən karyeramı məhz Azərbaycanda davam etdirməyi çox istəyirdim. Ona görə də ilk növbədə burdakı klubların təkliflərini gözdən keçirirdim. Daha üç ölkədən təklif almışdım. Məsələn, Türkiyədən də dəvət var idi. Amma mən “Neftçi”ni seçdim.

– Transferiniz neçəyə başa gəldi?
– Bu, sirrdi. Maliyyə tərəfi barədə heç nə deyə bilməyəcəm. Bütün bunlarla menecerim məşğul olur.

– “Neftçi” sizə görə pul ödəyəcək?
– Niyə ödəməlidi ki? Məni “Xəzər Lənkəran”la artıq heç nə bağlamır.

– Amma lənkəranlılar bildirir ki, sizə 325 000 avro ödəyiblər və klubu tərk edəcəyiniz halda onu geri qaytarmalısız…
– Mənim Misirin “Əl-Əsli” klubu ilə müqaviləm var idi. İndi bəzi sənədlər var idi ki, onların gəlməsini gözləyirəm. Mənim keçidimə görə Misir klubu ilə danışıq aparmaq lazım idi. “Xəzər Lənkəran”a mənim heç bir borcum yoxdu, onlarla məni artıq heç nə bağlamır.

– Bəs onda niyə Lənkərana qayıtmışdız, bu komanda ilə məşq edirdiz?
– Mənə məşq etmək lazım idi. Lənkərana ona görə getdim ki, formada qalım. Orda mənə çox yaxşı münasibət göstərdilər. Azarkeşlər də məni dəstəklədilər. Klubda çoxlu tanışlarım çıxış edirdi. Düzünü deyim ki, “Xəzər Lənkəran” da mənə yeni müqavilə təklif etdi. Lakin razılığa gələ bilmədik.

– “Neftçi”nin forması altında “Xəzər Lənkəran”a qarşı oynamaq çətin olmayacaq ki?
– Mən peşəkar futbolçuyam və yeni klubuma alışmağa borcluyam. Futbolda belə şeylər tez-tez olur. “Xəzər Lənkəran”da olarkən bu komandanın uğurları üçün əlimdən gələni edirdim. İndi isə “Neftçi”nin oyunçusuyam və klubun uğurları üçün çalışmalıyam.

– Çempionlar Liqasından nə gözləyirsiz?
– Mənə elə gəlir ki, bizim yaxşı nəticə qazanmağımız üçün hər şey var. Çempionlar Liqasında oynamağı çox istəyirəm. “Neftçi” artıq özünü Avropada da göstərməlidi.

azerisport.az

Son yazılar

Yuxarı