Syerra-Leone milli komandasının Afrika çempionatı çərçivəsində Tunis yığması ilə keçirəcəyi oyuna çağırılan heyət bəllidi.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay da milliyə dəvət alanların siyahısındadı. Oktyabrın 13-də Tunisdə baş tutacaq qarşılaşmaya Azərbaycan Premyer Liqasında çıxış edən Şerif Suma, Samuel Barlay (hər ikisi “Rəvan”), İbrahim Karqbo (“Bakı”) də milliyə dəvət alıb.
