"Daha öncə İtaliya, İngiltərə, Portuqaliyada çempionluq yaşadım. Ancaq La Liqada qazandığımız bu çempionluğun daha çətin olduğunu deə bilərəm".
Korner.az-ın məlumatına görə, bu sözləri Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo deyib. Portuqaliyalı çalışdırıcı ötən gün Bilbaoda "Atletik"i 3:0 hesabı ilə yenib çempionluqu rəsmiləşdirdikləri oyundan sonra bunları deyib:
"Çox xoşbəxtik. İndi isə bunu qeyd etmək lazımdı. Bütün oyunçularımız buna layiq idi".
