Futbol

Joze Mourinyo istefaya göndərilə bilər

29.08.2018 , 19:45

Joze Mourinyo İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçi postundan istefaya göndərilə bilər

“Qırmızı şeytanlar” Premyer Liqanın IV turunda “Börnli” ilə səfər matçında uduzsa, 55 yaşlı mütəxəssisin müqaviləsinə birtərəfli qaydada xitam veriləcək.

Klubla 2020-ci ilin yayına qədər müqaviləsi olan portuqaliyalı baş məşqçinin, istefaya göndəriləcəyi təqdirdə, 13 milyon avro təzminat alacağı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin mayında “Mançester Yunayted”ə baş məşqçi təyin olunan Joze Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.

Son yazılar

Yuxarı