“Çelsi”nin baş məşqçisi Joze Mourinyo etiraf edib ki, həyat yoldaşının onu İngiltərə Futbol Assosiasiyasının milli komandaya rəhbərlik etmək təklifini geri çevirməyi məsləhət bilib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı deyib ki, o klubun gündəlik məşqlərindən imtina etməyə hazır deyil.
“Həyat yoldaşım haqlı idi. Mən gündəlik pressinqləri, tez-tez oyun keçirməyi, məşqləri, səyahətləri və rəqabət aparmağı sevirəm. Yadımdadır, İngiltərə yığmasından təklif gəldiyi zaman onları qarşıda Fransa ilə yoldaşlıq oyunu gözləyirdi. Həyat yoldaşım soruşdu ki, növbəti oyun nə zaman baş tutacaq?. Mən də 2 ay sonra keçiriləcəyini dedim. O soruşduki, bəs iki ay müddətinddə nə edəcəksən? Nə düşünürsən? Ümumiyyətlə, ən azı 20 il bu iş sənlik deyil”.
