"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni transferləri Samuel Eto'O haqqında xoş sözlər söyləyib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Eto'O həm İspaniya, həm İtaliya, həm də İngiltərə çempionu olmaqla tarixə düşmək istəyir.
Mourinyonun London klubunun rəsmi saytına verdiyi müsahibədə bu sözlərə yer verilib: "Samuel çox təcrübəli hücumçudur. O doğulandan qalib olan insanlardandır. Eto'O həm insan, həm də futbolçu kimi yüksək keyfiyyətlərə malikdir".
