big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futzal

Joze Alesio: “Vurulan qolların bəzisini “hədiyyə” etdik”

10.10.2019 , 22:28

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Araz” – “Benfika” oyunundan sonra hər iki baş məşqçisi fikirlərini bölüşüb.

Korner.az xəbər verir ki, “Araz”ın çalışdırıcısı Joze Alesio Da Silva komandasının məğlubiyyətini şərh edib:

“Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam. Məncə, bu gün daha yaxşı mübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə” etdik. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidir. “Benfika” isə fərqli keyfiyyətlərə malik komandadır. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdür. Şansımız “Halle Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdır. Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.

Joel Roxa (“Benfika” klubunun baş məşqçisi):“Çətin və maraqlı oyun oldu. Biz ağıllı, səliqəli, intizamlı oynadıq. Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik. “Araz”ın üzləşdiyi problemlə xəbərdaram. Bu komandanın heyətində mübarizə aparan 6 oyunçu qəhrəmandır. Onlar iki gün ardıcıl olaraq bu cür oyunlar keçirdilər. Təbii ki, biz qrupu birinci pillədə başa vurmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik. Son matçda Belçika çempionu ilə qarşılaşacağıq ki, onlara meydan amilindən istifadə etməsinə imkan verməməyə çalışacağıq”.

Son yazılar

To Top