UEFA Kubokunun “Dördlər Finalı”nın yarımfinalında “Barselona”ya məğlub olan “Araz” futzal klubunun baş məşqçisi Joze Alesio oyundan sonra açıqlama verib:
Konrer.az Alesionun açıqlamasını sizə təqdim edir:
“Bizim çox ciddi rəqibimiz vardı. Biz penaltilər seriyasında uduzduq. Bu lotereyadır. Məşqlərdə penaltilərə diqqət yetirmişik? Əlbəttə, daima penalti vururduq. Bəxtimiz gətirmədi. Dörd il əvvəl Ukraynanı penaltilər seriyasında məğlub etdik, bu dəfə isə məğlub olduq”.
