Madrid "Real"ındn ayrılması gündəmdə olan Nuri Şahinin baş məşqçisi Jose Maurinyo futbolçu haqqında maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, "kral" klubundan ayrılmaq istədiyi təqdirdə ona mane olmayacağını vurğulayan mütəxəssis bunları deyib:
"Şahin gənc futbolçudur. Xoşbəxt olması üçün futbol oynamaq istəyir. Amma komandada Xabi Alonzo, Məsut Özil, Esteban Qraneyro, Diarra kimi yarımmüdafiəçilər var. Burada oynamaq çətindir".