Joao Kanselo “Barselona”ya geri dönməyə hazırlaşır
06.01.2026 , 15:45
Portuqaliya millisinin müdafiəçisi Joao Kanselo, sabiq klubu “Barselona”ya qayıtmaq niyyətindədir.
Korner.az xəbər verir ki, 31 yaşlı futbolçu “Əl-Hilal”la yollarını ayıracaq və karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.
Onun adı “İnter”lə də hallansa da, Kanselo əvvəlki komandası üçün seçim edəcək.
Qeyd edək ki, Kanselo 2023/2024 mövsümündə də “Barselona”nın formasını geyinib.