Jiru ilə müqavilə imzalandı
24.04.2024 , 18:50

“Milan”ın futbolçusu Olivye Jiru “Los Anceles”lə müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, 37 yaşlı hücumçunun müqaviləsi 1.5 illik uzadılıb.
Jiru “Los-Anceles”ə Avro-2024-dən sonra qoşulacaq.
Oyunçu ABŞ klubunda 3 milyon avro qazanacaq.
Bu mövsüm fransalı futbolçu “Milan”ın heyətində 42 oyuna çıxıb, 15 qol vurub və 9 qolun ötürməsini verib.
