“Jirona”nın futbolçusu qarət olundu
04.04.2025 , 21:00

“Jirona”nın futbolçusu Artur Melo xoşagəlməz hadisə ilə üzləşib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Barselonada qarət olunub.
Bu barədə xarici KİV məlumat yayıb.
O, bilet alarkən bir şəxs qolundakı bahalı saatı alaraq qaçıb.
Hazırda cinayətkarın axtarışı davam etdirilir.
