“Jirona”dan yeni transfer
27.06.2024 , 19:25
“Jirona” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Braqa”dan Abel Ruisi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid “Jirona”ya 8,5 milyon avroya başa gəlib.