“Jirona”dan “Qalatasaray”a – Rəsmi
26.01.2026 , 16:00
“Qalatasaray” yarımmüdafiə mövqeyini gücləndirmək üçün kolumbiyalı oyunçu Yaser Asprilyanı heyətinə qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu İspaniyanın “Jirona” klubundan cari mövsümün sonuna qədər icarəyə götürülüb.
Asprilya bu müddət ərzində “Jirona” ilə 17 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. İcarə bitdikdən sonra onun daimi transferi ilə bağlı tərəflər razılaşa bilərlər.