“Bildiyiniz kimi, Ramil “Trabzonspor”da oyun təcrübəsindən əziyyət çəkirdi. Bununla belə o, bir neçə klubun diqqət mərkəzində idi”.
Korner.az-ın məlumatına görə, bu sözləri Slovakiyanın “Jilina” klubunun baş məşqçisi Adrian Qulya deyib.
O, klubun rəsmi saytına açıqlamasında millimizin hücumçusu Ramil Şeydayevin transferindən danışıb:
“Şeydayevlə bir müddətdir maraqlanırdıq. Gənc və perspektivli oyunçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza götürdük. Şeydayevin “Jilina”ya mümkün qədər tez qoşulmasına çox şadıq. Əməkdaşlığa başlayacağımız günü səbirsizliklə gözləyirik”.
