Jezus “Mançester Siti”də qaldı
03.08.2018 , 17:22

“Mançester Siti” futbolçusu Qabriel Jezusla müqaviləni uzadıb
21 yaşlı hücumçu daha 5 il doğma komandada qalacaq. Jezusun əvvəlki müqaviləsi 2021-ci ilin iyun ayınadək idi.
Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”də çıxış edən Braziliya millisinin üzvü ötən mövsüm Premyer Liqada 29 oyuna 13 qol vurub, 3 məhsuldar ötürmə edib.
