Jezniçakın yeni klubu bilindi
12.06.2019 , 11:50

“Qarabağ”dan ayrılan Yakub Jezniçak “Neftçi”yə keçəcəyi gözlənilsə də, bu baş verməyəcək.
Korner.az-ın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, müdafiəçi karyerasını ölkəsinin “Visla” klubunda davam etdirəcək. 32 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, “Visla” ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.
