Futbol

“Jezniçak “Qarabağ”a keçəndə ona gülürdülər” – Polşalı futbolçu

06.01.2018 , 12:55

“Futbolla həvəskar səviyyədə maraqlananlar elə bilir ki, Avstraliya çempionatı qocaların yeridi. Kimsə Polşa liqasının daha güclü olduğunu iddia eləsə, bunu gülümsəməklə qarşılayaram”.

Bu sözləri Avstraliyanın “Sidney” klubunun futbolçusu Adrian Mejeyevski deyib. Yarımmüdafiəçi “Qarabağ”da çıxış edən həmyerlisi Yakub Jezniçakı da misal çəkməyi lazım bilib: 

“Yatsek Qoralski Polşada çempionatın ulduzlarından idi. Bolqarıstan klubuna keçdi və Avropa Liqasında oynamaq şansı qazandı. Həmin vaxt ona güldülər və dedilər ki, Bolqarıstan 3-cü səviyyədi, Polşadan getmək lazım deyil. Yakub Jezniçakla da eyni cür oldu. “Qarabağ”a keçdiyinə görə ona da gülürdülər. Amma Yakub harda oynadı? Çempionlar Liqasının qrup mərhələsində! Polşa çempionatının nəhəng olduğunu, ətrafdakıların futbol oynaya bilmədiyini düşünmək absurddu. ”.

Son yazılar

Yuxarı