Jesus Ronaldonun zədəsi barədə danışdı
02.03.2026 , 20:30
“Əl-Nəsr”in baş məşqçisi Xorxe Jesus futbolçusu Kriştiano Ronaldonun zədəsi ilə bağlı açıqlama verib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun zədəsinin ciddiliyi hələqiqi müəyyən olunmayıb.
Jesus bildirib ki, Ronaldo əzələsində ağrı hiss etdiyindən risk etməmək məqsədilə oyunda əvəz olunub. Həkimlər zədənin nə qədər ciddi olduğunu qiymətləndirəcək.
Qeyd edək ki, Ronaldo zədəsini “Əl-Fəyha” ilə matçda (3:1) alıb və həmin görüşdə penalti zərbəsini qola çevirə bilməyib.