Jesus rəsmən “Arsenal”da
04.07.2022 , 13:38

“Mançester Siti”nin hücumçusu Qabriel Jesusun “Arsenal”a keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Jesus 2021/22 mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
