Jesus “Əl-Hilal”da
02.07.2023 , 10:46

“Fənərbağça”dan ayrılan Jorje Jesusun yeni iş yeri məlum olub.
Korner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a baş məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 68 yaşlı mütəxəssislə razılaşmanın detalları məlum deyil.
Jesus 2018/2019 mövsümündə də “Əl-Hilal”a rəhbərlik edib.
