“Barselona”nın müdafiəçisi Jerar Pike həmin komandanın forvardı Lionel Messi ilə “Real Madrid”in hücumçusu Kriştianu Ronaldonu müqayisə edib.
Korner.az-ın məlumatına əsasən, futbolçu bunları deyib:
“Ronaldo mənim xoşuma gəlir. İnsanlar futbolçunu tanımadan hansısa epoizoda görə onu mühakimə edirlər. O son illər ərzində çox dəyişilib. Mən Ronaldonu hələ “Mançester Yunayted”də olduğu zamanlardan tanıyıram. Biz onunla yaxşı yola gedirdik və o mənə kömək edirdi.
Ronaldo qüsursuz futbolçudur, işləməyi sevir. Məni ən çox təəccübləndirən isə Messinin ard-arda 4 dəfə “Qızıl top” almasından sonra belə Ronaldo mübarizəni davam etdirdi və daha yaxşı olmağı qarşısına məqsəd qoydu.
Messi isə başqadır, o istedaddır. Messi Ronaldo kimi işləyən deyil. Lakin Messi topu aldıqdan sonra onu almaq qeyri-mümkündür. Messi daha gənc yaşlarından istedad olub. O dünyanın ən yaxşı oyunçusudur”, deyə Pike bildirib.
