Jelko Sopiç: “Kim özünü göstərəcəksə, onlar da oynayacaq”
15.02.2020 , 19:43

Azərbaycan Premyer Liqasında XVII turun “Sumqayıt” – “Sabah” oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında qonaq kkomandanın baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə qələbəni şərh edib:
– Düşünürən ki, 70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz “Barselona” deyilik. Buraya gələndən 70-75 dəqiqə oynadığımız oyun ən yaxşısı idi. “Sumqayıt”ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Onların paslaşmasına icazə vermək istəmirdik.
– Hər iki qolda Amadu Diallo iştirak etdi. Düşünürdüzmü ki, bunu edəcək?
– Hər zaman oyunun gedişatını izləyirsiz. Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər 2 əvəzetmə haqda bunu deyə bilməzdim. Heyətdə 3 limit var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq.
– Bəhlul və Təmkin nə üçün yox idi?
– Kart cəzalısı idilər.
– Onları əvəz edənlər gələcək üçün hansısa siqnal verdimi?
– Mənim komandamda bütün futbolçular eynidi. Adı olub, heç nə etməyən oyunçunu neyləyirəm?
