Jelko Sopiç: “Gənc futbolçulara görə sevinirəm”
12.01.2020 , 11:59

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “Pakş” klubuna qarşı keçirdikləri yoxlama oyunuyla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis klubun saytına açıqlamasında məğlubiyyəti belə şərh edib:
“İlk 60 dəqiqədə sərgilədiyimiz oyundan məmnun qaldım. Bu gün bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldı. “Pakş” ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 8 futbolçu ilə oynadıq. Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə çox yaxşı iştirak etmişdilər və şans qazanmağa layiq idilər. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm”.
