“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
31.07.2023 , 12:41

“Jelezniçar” komandasının daha bir futbolçusu “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Semir Ştiliç Bakıda, 8-ci km qəsəbə stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək.
36 yaşlı oyunçu zədə səbəbindən ilk görüşdə olduğu kimi, cavab matçında da olmayacaq. Daha əvvəl müdafiəçi Amar Drinanın cəzalı olduğu üçün ikinci oyunu buraxacağı açıqlanmışdı.
Digər zədəlilər İrfan Yaşareviç və Cozef Amoanın iştirakı isə sual altındadır.
Avqustun 3-də oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Bosniya və Herseqovinadakı ilk matçda 2:2 hesabı qeydə alınıb.
