“Jelezniçar” – “Neftçi”: hakim təyinatları
21.07.2023 , 16:39

Konfrans Liqasının II təsnifat mərhələsində “Jelezniçar” ilə “Neftçi” arasında keçiriləcək ilk oyuna təyinatlar açıqlanıb.
Korner.az xəbər verir ki, oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Yuri Fişer olacaq. Ona yan xətt hakimləri Veyko Motsnik və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kevin Kayvaya yerinə yetirəcək.
İyulun 27-də Bosniya və Herseqovinada keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
