Hollivud aktyoru Jan-Klod Van Damm Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovu təbrik edib.
Korner.az-ın məlumatına görə, Səmədov Çeçenistanın paytaxtı Qroznıdakı “Kolizey” idman zalında təşkil olunan görüş “Akhmat Fight Show” turniri çərçivəsində polşalı rəqibi Pol Slaviskini məğlub etdiyinə görə Van Damm ona təbrik görüntüsü yollayıb.
Zabit bu haqda:
“Mənim üçün ən önəmli təbrik uşaqlıqdan izlədiyim, filmlərinə baxa-baxa məşq etdiyim Van Dammın təbriki oldu. Məni Los-Ancelesə dəvət edib, birlikdə məşq keçirməyi təklif etdi. Bildirdi ki, döyüşlərimi izləyir”, – sözlərini “ATV xəbər”ə açıqlamasında deyib.