“Filadelfia 76ers” komandasının oyunçusu J.J Redik türkiyəli oyunçu Furkan Kormaz haqda xoş sözlər deyib. Redik komanda yoldaşına tərifi şəxsi “Twitter” hesabından yazıb.
Dünən komandanın düşərgəsində hazırlıq matçı çərçivəsində ehtiyat və start beşliklərin qarşılaşması baş tutub. Kormaz bu oyunda 18 xal yığıb. Bu il “Los-Angeles Clippers”dən komandaya cəlb olunan J.J. Redik Kormazın oyununu belə şərh edib:
“O sadəcə yox yerdən peydə oldu və hamımızı təəccübləndirdi”.
Furkan Kormaz 2016-cı ildə 26-cı draft haqqı ilə “Filadelfiya”ya keçmişdi
