Rusiya 1-ci Liqasında mübarizə aparan “Zenit” klubunun yeni transferi Branislav İvanoviç birlikdə çalışdığı Joze Mourinyo və Karlo Ançelotti haqda maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, sabiq “Çelsi”li futboçu Mourinyo haqda:
“Mourinyo özəl biridir. Siz fərqinə varmadan, potensialınızı həyata keçirməyinizi təmin edir. Lakin, onunla işləmək istəyirsinizsə, dediklərini əskiksiz yerinə yetirməlisininiz”.
Serbiyalı futbolçu Ançelotti haqqında isə bunları deyib: “Ançelotti həmişə sakitdir və oyunçuların rahat olmasına əhəmiyyət verir. Hər iki mütəxəssisin də çox böyük uğurları var.Lakin, iki məşqçi arasında seçim etmək imkanı verilsəydi, böyük ehtimalla, bir çox futbolçu karyerası boyunca Ançelotti ilə çalışmaq istəyərdi”.
