İvan Brkiçin yeni klubu məlum oldu
10.07.2024 , 13:57

“Neftçi”dən ayrılan İvan Brkiçin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, xorvatiyalı qapıçı karyerasını Polşada davam etdirəcək.
O, sözügedən ölkənin “Motor” klubuna keçib.
Bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda, Brkiçlə 2 illik müqavilə imzalandığı bildirilib.
