Ölkə futbolu

“IV Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrup start götürdü

23.06.2022 , 16:17

“Neftçi” PFK-nın və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən “IV Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrupa start verilib.

Korner.az klubun saytına istinadən xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan düşərgədə müxtəlif əyləncəli müsabiqələr təşkil olunub, “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən uşaqlara futbol qaydaları öyrədilib.Qeyd edək ki, layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 104 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, onlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilir, kino saatları təşkil olunur. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat, “Park Cinema”ya bilet və digər hədiyyələr verilir.

Son yazılar

Yuxarı