“IV Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrup mükafatlandırıldı
22.06.2022 , 16:42

Korner.az xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan əyləncəli səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub. Uşaqlara sertifikat, “Park Cinema”ya bilet və hədiyyələri “YAŞAT” Fondunun əməkdaşı, aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi Nəbi Şükürov və “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev təqdim ediblər. “IV Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrup sabah start götürəcək.
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 104 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, onlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilir, kino saatları təşkil olunur. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat, “Park Cinema”ya bilet və digər hədiyyələr verilir.
