Madrid “Real”ının futbolçusu İsko “Malaqa”da çıxış etdiyi dönəmdə İspaniya mətbuatına verdiyi açıqlamada itinin adını Messi qoyduğunu bildirmişdi.
Korner.az-ın məlumatına görə, “dünyanın ən güclü futbolçusu Messidi. Buna görə də itimin adını Messi qoydum” – deyən İsko digər itlərinin adını junior və bubu qoyub.
“Kral klubu”nun yarımmüdəfiəçisi digər itlərinin adı ilə bağlı verilən suala isə belə cavab verib: “Onlar doğuşdan “Real Madrid”lidi. Əsl Messi kimi”.
