İtaliyanın “Roma” klubu artıq bir neçə ildi ki, özünə yeni stadion inşa etdirmək planları qurur. “Canavarlar”ın bu planları İtaliya qanunlarının sərtliyi səbəbindən hələ ki, gerçəkləşməyib.
Lakin klub rəhbərliyi yeni açıqlaması ilə “Roma” fanatlarını sevindirib. Belə ki, paytaxt klubunun baş direktoru Mauro Baldissoni bildirib ki, artıq stadionun inşası üçün ciddi problem qalmayıb və komanda 2020-ci ilin avqustunda yeni stadionunda ilk oyununu keçirəcək:
“Yeni stadionumuzdakı ilk matçımızı 2020-ci ilin avqust ayında keçirəcəyimizə ümidliyik. Bunu bizim ekspertlərimiz açıqladılar. Bunu real hesab edirik”.
