İtaliya A Seriasında mübarizə aparan “Yuventus” və “İnter” Aleksis Sançesi transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “Corriere dello Sport” xəbər yayıb.
Qeyd edək ki, “Arsenal”lı futbolçunun klub ilə müqaviləsi gələn mövsümün sonunda bitəcək.
Xatırladaq ki, Sançes 2014-cü ilə 42.5 milyon avro qarşılığında “Barselona”dan “Arsenal”a transfer olunmuşdu.
