İtaliya A Seriyasında mübarizə aparan “Verona”da baş məşqçi istefası reallaşıb.
Korner.az-ın məlumatna görə, komandanın baş məşqçisi Andrea Mandorlini ilə yollarını ayırıb.
Mandorlinin göndərilməsinə komandanın uğursuz çıxışı səbəb olub. 2010-cu ildən bu yana komandanı çalışdıran mütəxəssis cari mövsümdə heç bir qələbə qazana bilməyib.
Verona A Seriyasında geridə qalan XIV tur ərzində 6 xal toplamağı bacarıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.