İtaliyanın köklü klublarından olan “Modena” müflis olub.
Vaxtilə A seriyasında çıxış etmiş komanda C seriyasında mübarizə aparırdı. Ancaq müflis olan klub C seriyasından da qovulub. 105 yaşlı komandanı satmaq cəhdləri iflasa uğrayıb. Məvaciblər verilmədiyi üçün futbolçular meydana çıxmaqdan imtina ediblər. 3 qarşılaşmada meydana çıxmayan “Modena”ya texniki məğlubiyyət verilib.
Futbolçular “Santarkancelo” ilə oyunda da meydana çıxmayıblar. Beləliklə, komanda 4-cü dəfə texniki məğlubiyyət alıb. Qaydalara görə, 4 texniki məğlubiyyət alan klub C seriyasından qovulur.