"İspaniya millisinin texniki cəhətdən güclü olduğunu bilirk. Lakin unutmayaq ki, "Çelsi" ÇL-in finalında "Bavariya"nı qazandığı cəmi bir künc zərbəsi ilə məğlub edərək çempion oldu". Korner.az-ın məlumatına görə, bu sözləri İrlandiya millisinin baş məşqçisi Ciovani Trapatoni deyib.
Avro-2012-də ilk matçına çıxan və Xorvatiyaya məğlub olan (1:3) irlandların italyan çalışdırıcısı qarşıdakı İspaniya ilə oyun haqda yenə iddialı danışaraq, onlara söz atıb:
"İspaniyada 10 "Real"lı və 10 "Barselona"lı yer alır. Bircə Messiləri çatmır. Bu komandanı necə oynadığını çox yaxşı bilirəm. Lakin sizə deməyəcəyəm".
