İtaliyalı yarımmüdafiəçi Premyer Liqa klubuna keçir?
05.01.2026 , 13:30
İngiltərənin “Çelsi” klubu “Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq istəyir.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, transferin qışda deyil, yayda baş tutacağı gözlənilir.
Qeyd edək ki, Tonali bu mövsüm 24 oyunda çıxış edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Nyukasl”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.