İtaliyalı ulduz da ərəblərə “hə” dedi
28.07.2023 , 12:52

İtaliyalı futbolçu Marko Veratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Korner.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi PSJ-dən getmək qərarına gəlib. O, “Əl Hilal” klubunun təklifinə “hə” deyib.
Tərəflər arasında rəsmi sözləşmə yaxın günlərdə imzalanacaq.
