İtaliyalı jurnalist: “Onu Hitler yatağında görsə, qorxar”
30.03.2019 , 10:38

İtaliyalı idman jurnalisti Giampyero Muqini “İnter” klubunun hücumçusu Mauro İkardinin xanımı Vanda Nara haqqında maraqlı açıqlama verib.
Muqini Vandanı güclü qadın adlandırıb və onunla mübarizənin çətin olduğunu vurğulayıb.
“Vanda Nara güclü qadındır. Onunla mübarizə aparmaq çox çətindir. Onun kimi qadınlar istədiklərini əldə edə bilməyi bacarırlar. Əgər Hitler gecə yatağında oyanıb, Vandanı orada görsəydi dəhşətə gələrdi.”
Qeyd edək ki, Vanda Nara italiyalı futbolçu Mauro İkardinin həm xanımı, həm də meneceridir.
