İtaliya yığmasının yarımmüdafiəçisi Marko Parolo “Avro-2016”nın seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan oyunu ilə bağlı danışıb.
Korner.az-ın məlumatına görə, “Lazio”nun müdafiəçisi milli komandamzla qarşılaşmanın gərgin keçəcəyini bildirib:
“Azərbaycanla matça bütün qüvvəmizlə hazırlaşırıq. Oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycan yığması keçirdiyi son dörd oyunda məğlub olmayıb. Bu da matçın gərgin keçəcəyindən xəbər verir”.
