Topaz Premyer Liqasının bu gün keçirilən "Qarabağ" – "Bakı" oyununu izləyənlər arasında Albaniya milli komandasının baş məşqçisi Cianni De Biasi də var.
Korner.az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, italiyalı mütəxəssis Ağdam təmsilçisinin futbolçuları Admir Telli və Ansi Aqollini iş başında görmək üçün Bakıya təşrif buyurub.
Qeyd edək ki, Albaniya millisi iyunun 7-də Norveçi qəbul edəcək.