İtaliya A Seriasında mübarizə aparan “Milan” yay transfer dönəmində Aleksis Sançesə 50 milyon avroluq təklif göndərəcək.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Express” xəbər yayıb.
İtaliya təmsilçisi çilili futbolçuya həftəyə 295 min avro təklif göndərməyə hazırlaşır.
Qeyd edək, futbolçu çıxış etdiyi “Arsenal” klubu ilə hələ ki, yeni müqavilə imzalamayıb. Sançesin “topçular”la müqaviləsi 2018-ci ildə bitəcək.
Xatırladaq ki, Aleksis bu mövsüm Premyer Liqada “Arsenal”ın heyətində 25 oyuna çıxaraq 17 qol vurub və 8 məhsuldar ötürmə edib.
