İtaliyadan İngiltərəyə?
03.03.2025 , 17:30

“Komo”nun futbolçusu Niko Pas İtaliya klubundan ayrılmağa yaxındır.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirə bilər.
20 yaşlı oyunçunun xidmətində “Arsenal” və “Mançester Siti”nin maraqlı olduğu iddia olunur.
Lakin hər iki klub argentinalı üçüm hələlik rəsmi təklif göndərmək fikrində deyil.
Pas cari mövsüm “Komo”nun heyətində 25 matça çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
