İtaliyanın “İnter” klubunun sahibi Erik Tohir “Barselona”nın futbolçusu Lionel Messini transfer edəcəkləri iddialarına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, argentinalı hücumçu Kataloniya klubundan ayrılacağı təqdirdə, onu transfer edə biləcəyini deyib:
“Messi “İnter”ə? Niyə də olmasın! “Barselona” ilə müqaviləsinin müddəti başa çatan zaman onu alsaq, əla olar”.
