İtaliyada yeni mövsümə start verilir
18.08.2018 , 16:23

Bu gün İtaliya A Seriyasında 2018-2019 mövsümü start götürəcək.
Turun ilk turu “Yuventus”un oyunu ilə başlayacaq. “Qoca sinyora” Bakı vaxtı ilə 20:00-da səfərdə “Kyevo”nun qonağı olacaq. Günün son matçı isə saat 22:30-da “Latsio” və “Napoli” arasında oynanılacaq.
Turun digər görüşləri avqustun 19 və 20-də keçiriləcək.
